Qənirə Paşayevanın ailəsindən pis xəbər

Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin səhhətində problem yaranıb.

O, Bakupost.az -a açıqlamasında bildirim ki, havaların dəyişməsi ilə əlaqədar halı pisləşib, təzyiqi düşüb.

Q.Paşayev evdə müalicə olunduğunu deyib:

"Təzyiqim düşüb, evdən çıxa bilmirəm. Yataqdayam, müalicə alıram. Vəziyyətim həkimlik deyil, çox ağrımıram. Bir neçə gün əvvəl həkimlik oldu, getdim, həll olundu. Havaların dəyişməsi ilə əlaqədar ola bilər".

Qeyd edək ki, professor Qəzənfər Paşayev Qənirə Paşayevanın əmisidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ