Azərbaycan Prezidenti İlham Əliyev İspaniyaya səfər etməkdən imtina edib.
Bu barədə Minval.az məlumat yayıb.
Qeyd edilir ki, İspaniyada Avropa İttifaqı, Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşün keçirilməsi planlaşdırılıb.
“Mənbələrimiz bu məlumatı təsdiq edir. Buna səbəb Fransanın destruktiv mövqeyi, eləcə də Fransa və Almaniyanın görüşdə Türkiyənin iştirakına razı olmamaqlarıdır. Bu şərtlər daxilində Azərbaycan tərəfi danışıqların keçirilməsindən imtina edib”, deyə məlumatda bildirilib.