Xoşbəxt Yusifzadənin dəfn yeri açıqlandı

Ötən gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə 93 yaşında vəfat edib.

Akademik Xoşbəxt Bağı oğlu Yusifzadə ilə vida mərasimi 4 oktyabr 2023-cü il tarixində saat 12:00-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında - Bakı şəhəri, İstiqlaliyyət küçəsi 30-da olacaq.

Geoloq bu gün Birinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Xoşbəxt Bağı oğlu Yusifzadə 14 yanvar 1930-cu ildə Bakıda anadan olub.
O, 1987-ci ildə Azərbaycanın mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru adına layiq görülüb. 2007-ci ildən professor, AMEA-nın həqiqi üzvü olub.

Son olaraq isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti vəzifəsini icra edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ