Qarabağ separatçılarının “prezidenti” həbs edildi

Samvel Şahramanyan da həbs edilib. 

Bu barədə Ermənistanın “Hrapark” saytı məlumat yayıb. 

Saytın iddiasına görə, özünü buraxan qondarma “Artsax”ın “prezidenti” Samvel Şahramanyan Azərbaycan tərəfindən saxlanılıb.

Sayt Vitali Balasanyan və Kamo Vardanyanın hələ də Xankəndidə olduğunu bildirib. Saytın yazdığına görə, onların taleyi sabah həll olunacaq. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ