Deputat matəm günlərinin təqvimdən çıxarılması təklif etdi

Bizim Konstitusiyasının 52-ci maddəsinə əsasən, Azərbaycanda doğulmuş şəxslər Azərbaycan vətəndaşı hesab edilir.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, bu, eyni zamanda Qarabağda doğulmuş şəxslərə də aiddir: “Azərbaycan vətəndaşlığı məsələsi Qarabağ sonradan köçürülənlərə aid olmamalıdır”.

Millət vəkili qeyd edib ki, Azərbaycanda 2 sülhməramlı qüvvə var: “Biri Rusiya sülhməramlılarıdır, ikincisi isə Bakıda oturan Kanadanın, ABŞ-ın, nə bilim haranın qüvvələridir. İndi onlar Rusiya sülhməramlılarına qarşı mübarizə aparırlar”.

Fail Mustafa təklif edib ki, təqvimdən bütün matəm günləri çıxarılsın: “Qalib dövlətin ancaq qələbə günləri olmalıdır. Matəm günlərinin təqvimdən çıxarılmasına baxılmalıdır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ