Zaqatalada baş verən partlayışda ölənlərin sayı artıb

Zaqatala qumbara partlamasında ölənlərin sayı artıb.

APA-nın məlumatına görə, sentyabrın 30-u axşam saat 22 radələrində rayonun Yengiyan kəndinin mərkəzində qumbara partlaması zamanı ağır xəsarət alan 1991-ci il təvəllüdlü Zaqatala rayon Yengiyan kənd sakini Məqsəd Rzayevə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. 

M. Rzayev axşam saatlarında xəstəxanaya çatdıqdan bir qədər sonra dünyasını dəyişib.

Xatırladaq ki, hadisə sentyabrın 30-da saat baş verib. Yengiyan kənd sakini, 1994-cü il təvəllüdlü Həmid Oruc oğlu Gülməmədovun əlində qumbara partlayıb. İnsident nəticəsində 1992-ci il təvəllüdlü İlqar Cumayev, 1991-ci il təvəllüdlü Məqsəd Rzayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Göstərilən tibbi yardımlara baxmayaraq H. Gülməmmədov həmin gün xəstəxanada həlak olub.

Qeyd edək ki, həlak olan şəxs Vətən müharibəsi iştirakçısıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ