Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə edam olunacaq.
Bu barədə Azərbaycan Dövlət Televiziyası (AzTV) məlumat yayıb.
Məlumata görə, edamın nə vaxt icra ediləcəyi məlum deyil.
Qeyd edək ki, həmin terror aktı zamanı Azərbaycan səfirliyinin bir əməkdaşı, diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub, iki mühafizəçi isə yaralanıb.