Vətən müharibəsi iştirakçısının əlində qumbara partlayıb. Hadisə ötən gün axşam saatlarında Zaqatala rayonunun Yengiyan kəndində baş verib.
İnsident nəticəsində üç nəfər kənd sakini -1991-ci il təvəllüdlü Məqsəd Rzayev, 1992-ci il təvəllüdlü İlqar Cumayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədov xəsarət alıb.
Həmin şəxslər xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq H. Gülməmmədov həlak olub. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, həlak olan şəxs Vətən müharibəsi iştirakçısıdır.
Faktla bağlı araşdırma aparılır.