Laçında saxlanılan Xocalı qatili Qaramyanın - DOSYESİ

Xocalı qatili Arşavir Qaramyanın “Laçın” SBM-də saxlanıldığı bildirilib.

Qeyd edək ki, Arşavir Qaramyan Qarabağ müharbəsində fəallığı ilə seçilən cinayətkarlardan olub. Əsgəran rayonunun Qarabulaq kəndindən olan bu adam Şuşa və Laçının işğalında ciddi rol oynayıb. Müxtəlif dövrlərdə o, qondarma qurumun “polis rəisi”, “baş prokuroru”, “təhlükəsizlik xidmətinin rəhbəri” “vəzifələrində” çalışıb.

Arşavir Qaramyan birinci Qarabağ müharibəsində hərbi əsirlərə işgəncələr verib. Hətta, bununla bağlı videogörüntüləri  "Youtube" da var. Xocalı qatili Arşavir Qaramyan Əsirlərimizə Ermənistan bayrağını yaladan qatı cinayətkardır. Onu da diqqətinizə çatdıraq ki, Arşavir Qaramyanın oğlu Vardan Qaramyan da müxtəlif vaxtlarda Azərbaycan ordusuna qarşı həm snayper, həm də dron pilotu kimi fəaliyyət göstərib./News24.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ