İcra başçısının qardaşı yüksək vəzifəyə təyin olundu
Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin qardaşı yüksək vəzifəyə təyin edilib.
Qaynarinfo xəbər verir ki, icra başçısının qardaşı Füzuli İsayev Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin rəisi təyin olunub.
Qeyd edək ki, Füzuli İsayev uzun illər Xaçmaz Dövlət Reyestr şöbəsinin müdiri olub.