Bakıda qadın canlı yayıma çıxıb özünü atmaq istədi - VİDEO

Bakının Nərimanov rayonunda bir qadın intihara cəhd edib.

Buta.media xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-ə bildiriblər.

Verilən məlumata görə, hadisə Nəriman Nərimanovda 9 mərtəbəli binaların birində baş verib.

Hadisənin görüntüsünü yayılıb. Videodan da göründüyü kimi bir qadın binanın pəncərəsindən özünü atmaq istəyir.

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Xidmətindən bildirdilər ki, qadının özünü öldürmək istəməsilə bağlı məlumatları yoxdur.

Videonu çəkən qeyd edib ki, qadın sosial şəbəkələrdə canlı yayıma çıxıraq özünü çəkib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ