Millət vəkili Qənirə Paşayevanın müalicəsi davam etdirilir.
Bu barədə millət vəkilinin yaxınları deyib. Ümumi vəziyyətinin ağır olaraq qiymətləndirildiyini bildiriblər.
Qeyd edilib ki, Q.Paşayevanın vəziyyəti orta stabil olaraq qalır.
Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva bazar günü komaya düşüb. Q.Paşayeva Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Hazırda orada müalicəsi davam etdirilir. Deputatın dərmandan komaya düşdüyü bildirilir.