Erməni "nazir" Azərbaycan hakimiyyətinə təslim olur - foto

Keçmiş “xarici işlər naziri”, Azərbaycanın Qarabağ bölgəsindəki separatçı rejimin liderinin “müşaviri” David Babayan Azərbaycan hakimiyyətinə təslim olmaq qərarını açıqlayıb.

Bu barədə məlumatı “Sputnik-Armeniya” yayıb.

Qeyd olunur ki, D.Babayan istintaq üçün Xankəndindən Şuşaya getmək qərarını sosial şəbəkələrdə açıqlayıb.

“Mənim görünməməyim, daha da pisi, qaçmağım səbirli xalqımıza, bir çox insanlara ciddi ziyan vuracaq və mən vicdanlı insan, zəhmətkeş, vətənpərvər və xristian olaraq buna yol verə bilmərəm”, - Babayan qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ