Xırdalanda sərnişin taksidə öldü

Ötən gecə Abşeron rayonunda taksidə ölüm hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Atəş Babayevin idarə etdiyi "Kia Rio" markalı avtomobil Xırdalan şəhəri ərazisində hərəkətdə olarkən sərnişin 1973-cü il təvəllüdlü Araz Vasib oğlu Əsgərov qəfil ölüb.

Sürücünün bildirdiyinə görə, A.Əsgərov yolda kəskin ürək ağrılarının olduğunu deyib və bir neçə dəqiqə sonra vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ