Dövlət Miqrasiya Xidmətinin keçmiş əməkdaşı Zaur Yusifov cinayət aləmində “Emin 444” və “Emin Massalinski” kimi tanınan kriminal avtoritet Emin Səfərova 60 bıçaq zərbəsi endirib.
Buta.media xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, bu sözləri cinayət işində təqsirləndirilən şəxs qismində adı hallananlardan biri, qətl hadisəsindən dərhal sonra saxlanılan – 24 yaşlı Naxçıvan sakini Tağıyev Həsən Mərdan oğlu Z.Yusifovun əleyhinə verdiyi ifadədə bildirib.
Z.Yusifov mayın 14-də hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Xatırladaq ki, mayın 10-na keçən gecə Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsində düşən kütləvi davada Səfərov Emin Ehtiram oğlu öldürülüb. E.Səfərov çoxsaylı bıçaq yaraları alıb və hadisə yerində keçinib.