Qənirə Paşayevadan xəbər var: müalicəsində yeni preparatlardan istifadə olunur

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın vəziyyəti kritik olaraq qalır və hazırda süni tənəffüs aparatına bağlıdır. Azərbaycan və Türkiyədən olan həkimlər onun müalicəsini davam etdirirlər. 

Musavat.com-un deputatın yaxınlarından əldə etdiyi məlumata görə, dünən gecədən Qənirə Paşayevanın müalicəsində xaricdən gətirilmiş yeni dərman preparatlarından istifadə olunur.

Həmin dərman preparatları Azərbaycanda ilk dəfə olaraq naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulmuş şəxsə tətbiq edilir və qarşıdakı 72 saat ərzində orqanizmin preparatlara necə reaksiya verəcəyi müşahidə olunur. Bu reaksiyadan çox şey asılı ola bilər.

Xatırladaq ki, sentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Q.Paşayeva üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri - arterial təzyiq 50/0 mm. c. süt, nəbz 1 dəqiqə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm. c.süt., nəbz 1 dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub.

Həkimlər Q.Paşayevanın xəstəxana şəraitində müalicəsini məsləhət görüb. Deputat ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən Mərkəzi Klinikaya təxliyə olunub. O, süni tənəffüs aparatına qoşulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ