Qarabağı tərk edən erməninin “dostum” dediyi məşhur azərbaycanlı danışdı

Xankəndini tərk edən erməni sakinlərdən biri məşhur azərbaycanlı travmatoloq Yaşar Cəlilovla dost olduğunu demişdi.

AzTV-nin müxbirinə danışarkən erməni özünün vaxtilə Y.Cəlilovla birgə işlədiyini söyləyib.

Ölkə.Az erməni sakini açıqlamasından sonra travmatoloq Y.Cəlilovla söhbətləşib.

Yaşar Cəlilov həmin ermənini xatırlayıb:

“Bildim. O, onkoloqdur. Ad soyadı dəqiq yadımda qalmayıb. Mən Xankəndidə 10 il işləmişəm. Həmin erməni onkoloji xəstəxanada işləyirdi, cərrah idi. Arada görüşürdük. Mən vilayət xəstəxanasında travmatologiya şöbəsinin müdiri idim. Ora gəlib-gedirdi deyə tanıyıram. İclaslarda filan bir yerdə olmuşuq”.

Müxbirin “artıq birgəyaşayış məsələsi gündəmdədir, nə vaxtsa həmin həkimlə əlaqə yaratmaq istəyərdinizmi?” sualına travmotoloq belə cxavab verib:

”Onunla o qədər də yaxından tanış deyildik. Bilirəm ki, onkoloqdur. O onkoloji dispanserdə işləyirdi, mən isə vilayət xəstəxanasında. Mən cərrahları yaxşı tanıyırdım. Bununla da salam-sağolumuz var idi, amma o qədər də yaxından tanış deyildik”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ