Kadırovun 15 yaşlı oğlu Quranı yandıran gənci belə döyüb - Video

Çeçenistan rəhbəri Ramzan Kadırov oğlu Adam Kadırovun Qurani-i Kərim kitabını yandırmaqda təqsirləndirilərək saxlanılan Nikita Juravel adlı gənci döyməsinin görüntülərini yayıb. 

Kadırov sözügedən videogörüntüləri öz teleqram kanalında paylaşıb. 

Yayılan görüntülərdən 15 yaşlı Adam Kadırovun Juravelə bir neçə zərbə endirdiyini görmək mümkündür. 

Kadırov paylaşımında oğluna haqq qazandırıb: “Döyüb, düzgün edib. Bundan əlavə, hesab edirəm ki, hər hansı müqəddəs kitaba hörmətsizlik edən, o cümlədən onu nümayişkaranə şəkildə yandıran və bununla da böyük ölkəmizin on milyonlarla vətəndaşını təhqir edən hər kəs ağır cəzalandırılmalıdır”. 

O, eyni zamanda oğlunun hərəkətindən qürur duyduğunu da vurğulayıb. 

Qeyd edək ki, 19 yaşlı Nikita Juravelin Volqoqradda Quranı yandırması ilə bağlı görüntülər mayın 19-u sosial şəbəkələrdə yayılıb.

Rusiyanın İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi başladıb. Kadırovun oğlunun Juravelə qarşı zorakılıq etməsi ilə bağlı məlumat isə avqustun 16-sı yayılmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ