Söyüdlüdəki zavodun fəaliyyətini bərpa etməsinin şərtləri açıqlanıb

Müvafiq tövsiyə və tapşırıqlara uyğun olaraq “Azərbaycan Beynəlxalq Mədən Şirkəti” tərəfindən yenidənqurma, modernləşdirilmə ilə bağlı icra qrafiki hazırlanaraq təqdim olunduqdan və aidiyyəti dövlət qurumları ilə razılaşdırıldıqdan sonra zavodun fəaliyyətinin mərhələli şəkildə bərpa olunması təmin edilə bilər.

Bu barədə Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış Komissiyanın sentyabrın 26-da keçirilən iclasında bildirilib.

Gədəbəydəki su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb.

İstehsal və yaşayış sahələrində yeraltı suların monitorinqi zamanı zavod ərazisindəki üç müşahidə quyusunun suyunda kiçik miqdarlarda sianidin olduğu qeydə alınıb.

Baş nazir Əli Əsədov yaxın günlərdə Komissiya tərəfindən Gədəbəy şəhəri, Söyüdlü, Yenikənd, Arıxdam kəndləri və Qumlu yaşayış massivinin sakinləri, qeyri-hökumət təşkilatları və media nümayəndələrinin iştirakı ilə görüşün keçirilməsi və əhalini narahat edən məsələlərin həlli, eyni zamanda görüləcək işlərlə bağlı tapşırıqlar verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ