Xankəndi yaxınlığında neft məhsulları anbarında baş verən güclü partlayışdan sonra ümumilikdə 290 nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə məlumatı “Armenpress” yayıb.
Yaralılar müxtəlif dərəcəli yanıq xəsarətləri ilə fərqli xəstəxanalara yerləşdirilib. Onlardan 23-ü isə rusiyalı sülhməramlı kontingentin tibb məntəqəsinə yerləşdirilib.
Yaralılardan 7 nəfərin həyatını xilas etmək mümkün olmayıb və onlar xəstəxanada dünyasını dəyişib. 13 cəsədin isə şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.