Qənirə Paşayevanın son durumu açıqlanıb

Ötən gün komaya düşən Milli Məclisin deputatı Qənirə Paşayevanın vəziyyəti stabil ağırdır.

Bunu onun yaxınları bildiriblər. Qeyd olunub ki, deputatın səhhətində heç bir dəyişiklik yoxdur və stabil ağır olaraq qalır.

Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev bildirib ki, Qənirə Paşayevanın reanimasiya şöbəsində süni tənəffüs aparatına bağlı müalicəsi davam edir.

Xatırladaq ki, deputat sentyabrın 24-də səhər saatlarında ağır şok vəziyyətində Mərkəzi Klinikanın təcili yardım şöbəsinə gətirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ