Emin 444 qətlini sifariş verən kimdir? - DOSYE + FOTO

"Emin 444" ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərovun qətlində adı sifarişçi kimi keçən kikboks üzrə dünya çempionu Zaur Yusifov həbs olunub.

Buta.media-nın məlumatına görə, Zaur Yusifov 1984-cü il yanvarın 1-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.

O, 15 yaşından kikboksinqlə məşğul olub. Yusifov bir sıra mötəbər yarışlarda qalib və mükafatçı adını qazanıb. Zaur kikboksinq üzrə iki dəfə Azərbaycan çempionu, respublika turnirinin qalibi, 2005-ci ildə Avrasiya çempionu adını qazanıb. 

Zaur Yusifov 2013-2017-ci ildə Miqrasiya Xidmətinin Bakı Regional İdarəsində inspektor vəzifəsində işləyib. 2017-ci ildə Dövlət Miqrasiya Xidmətindəki işinə xitam verilib. Zaur Yusifov 3-cü dərəcəli miqrasiya xidməti qulluğçusu rütbəsini daşıyıb.

Gənclər və İdman Nazirliyi tərəfindən “Əməkdar İdman Ustası” adına layiq görülüb. 

Onu da bildirək ki, Z. Yusifov “ZZ” Kikboksinq Klubunun Prezidentidir.

Xatırladaq ki, mayın 10-na keçən gecə Binəqədi rayonunda, 6-cı mikrorayonun İsrafil Həşimov küçəsində əvvəllər məhkumluğu olan Səfərov Emin Ehtiram oğlu qətlə yetirilib.

Bakıda kriminal dairələrdə “Emin 444” və “Emin Massalinksi” ləqəbləri ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətlində altı nəfər iştirak edib. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ