Qənirə Paşayevanın komaya düşmə səbəbi məlum oldu - vəziyyəti necədir?

Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva komaya düşüb.

Hazırda Q.Paşayeva Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib və müalicəsi davam etdirilir. Həkimlər onun vəziyyətini stabil ağır kimi qiymətləndirirlər.

APA yazır ki,  millət vəkili dərmandan komaya düşüb. 

Deputatın əmisi, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev Manset.az-a açıqlamasında qardaşı qızının səhhətində problem yarandığını təsdiqləyib: 

“Biz bilmirik Qənirənin səhhətində niyə problem yaranıb. Heç həkimlər də baş açmırlar. Dünən gecə birdən-birə halı pisləşib, Mərkəzi Klinikadadır. Xaricdən həkimlər də gəlib. Allaha dua edirik!”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ