Xırdalanda intihara cəhd edən şəxs belə xilas olundu - video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, 1 nəfərin Abşeron rayonu, Xırdalan şəhərində avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər vətəndaşla yaxın məsafədən psixoloji söhbət aparmaqla yanaşı xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görüblər.

FHN-in xilasediciləri tərəfindən aparılan psixoloji söhbət nəticəsində vətəndaş intihar etmək fikrindən daşındırlıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ