Xırdalanda gənc qız özünü binadan atdı: son bir ayda dördüncü belə hadisədir - foto

Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib.

“Absheron City” yaşayış mərkəzində gənc qız özünü binadan atıb. O, hadisə yerində keçinib.

Xatırladaq ki, bu Xırdalanda son bir ayda baş vermiş 4-cü intihar hadisəsidir.

Sakinlərin bəziləri bunun bir təsadüf olduğunu düşünsələr də, bəziləri tamam başqa fikirdədirlər. Ardıcıl baş verən müəmmalı hadisə onlarda da ciddi narahatlıq yaradıb.

Qeyd edək ki, qızların heç biri intihar etdiyi binalarda yaşamır. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ