Salyanda şəhid olduğu barədə xəbəri gələn hərbçinin sağ olduğu məlum olub.
Bu barədə hüquq müdafiəçisi Emil Məmmədov bildirib.
Onun sözlərinə görə, Qarabağda antiterror əməliyyatı zamanı şəhid xəbəri çıxmış XTQ-nin 28 yaşlı zabiti Rəsul Ağayev 3 günlük axtarışlardan sonra tapılıb. Zabitimiz ayağından yaralı halda bataqlıq ərazidən tapılıb.
Döyüş yoldaşları ayağından yaralanmış Rəsula ilk yardım edərək hücumu davam etdirib geri qayıdan zaman onu qoyduqları yerdə tapa bilməmişdilər.
Salyan rayonunun Babazanlı massivindən olan Rəsul Ağayev 2 körpə qız uşağının atası, YAŞAT Fondunun sədri qazi Elvin Hüseynovun qaynıdır.
Foto Rəsul Ağayevin tapıldığı yerdə çəkilib.