Rusiyalı sülhməramlılar Azərbaycanın Qarabağ iqtisadi rayonundan 5 min erməni sakini təxliyə edib.
Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, Ağdərə, Xocavənd və Əsgəranın erməni sakinləri sülhməramlı kontingentin müvəqqəti yerləşdiyi əraziyə gətiriliblər.
Bildirilir ki, Rusiya Bakı, İrəvan və Xankəndi nümayəndələri ilə təmasları davam etdirir.