BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclası sentyabrın 21-nə təyin edilib.
Bu barədə TASS-a dünya təşkilatındakı mənbə məlumat verib.
“Görüş cümə axşamı baş tutmalıdır", - adı çəkilməyən mənbə agentliyə deyib.
Görüşün Nyu-York vaxtı ilə günün ikinci yarısında baş tutacağı gözlənilir.
Agentlik xatırladıb ki, bu günlərdə BMT-də BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi keçirilir, ona görə də bir neçə nümayəndə heyətinin rəhbəri iclasda iştirak edə bilər.