Bakıda atışma, generalın qohumu tutuldu - FOTO + YENİLƏNİB

Nərimanov rayon 17-ci Polis Bölməsinin, Dövlət Yol Polisinin və Post Patrul Xidmətinin əməliyyatçılarının apardığı araşdırmalar zamanı hadisə yerindən qaçmağa müvəffəq olan qruplaşmanın digər üzvləri saxlanılıb. 

Buta.media-nın məlumatına görə, bu barədə Oxu.Az yazır.

Onlar paytaxt sakinləri 27 yaşlı Balayev Telman Nadir oğlu, Həmidov Rəcəb Telman oğlu və 29 yaşlı Məmmədli Valid Fəxri oğludur. 

Faktla bağlı Nərimanov RPİ-nin istintaq idarəsi tərəfindən araşdırma aparılır. Hüquq-mühafizə orqanları İ.Əzizovun hansı səbəbdən atəş açdığını gizlətməyə çalışırlar və yalnız bunun çox ciddi olduğunu bildirirlər. 

14:20

General Məhərrəm Əliyevin qohumu İsa Əzizov silahlı insidentdə iştirak edib.

Buta.media Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Nərimnov rayonu ərazisində baş verib.

Məlumata görə, insident Aşıq Molla Cümə küçəsində, 3 nömrəli yaşayış binasının qarşısında baş verib. 27 yaşlı Əzizov İsa Nadir oğlu və 26 yaşlı Binnətəliyev Samir Teyyub oğlu odlu silahdan atəş açaraq, ictimai asayışı pozub.

Polis əməkdaşları hadisə yerinə gələrək, onların silahlı yerə qoymasını tələb edib. Tələbə tabe olmaq əvəzinə generalın qohumu bıçaqla asayış keşikçisinə müqavimət göstərib. 

Nəticədə hər iki şəxs saxlanılıb, hadisə yerində  polis əməkdaşları “Vinçester” tipli tüfəng ,  iki giliz, pnevmatik tapançanın darağı, iki kastet, bir dəmir dəyənək və bir bıçaq müsadirə olunub.

Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq), 228-ci (qanunsuz silah daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət) üzrə cinayət işi açılır.

Qeyd edək ki, bir müddət əvvə, "8-ci km" bazarının sahibi Nadir Əzizovun oğlu İsa Əzizov Tiflis prospektində yerləşən "Azpetrol" yanacaqdoldurma məntəqəsində satıcını döyüb. Həmin vaxt Əzizov 90-HN-999 dövlət nömrə nişanlı "Bentley" avtomobili ilə "zapravka"ya yaxınlaşıb və 100 manatlıq uzadaraq, qalıq pulun geri qaytarılmasını tələb edib. Bu zaman əməkdaş ondan gözləməyi xahiş edib. Amma bu, "Bentley" sərnişinlərinin xoşuna gəlməyib və dava düşüb.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanılıblar. Nəsimi rayon Məhkəməsinin qərarı ilə İsa Əzizov və Mahir İsgəndərov barələrində 30 sutka inzibati həbs qərarı çıxarılıb.

Onun dostları ilə birgə Bakının karaoke-klubu "Famous"da qızları döyməsi hələ də səs-küyə səbəb olmaqdadır.

İ. Əzizov general-leytenant Məhərrəm Əliyevin qohumudur. Məhərrəm Əliyev Ədliyyə nazirinin müavinidir. O, Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ