Vaşinqtonda Əliyev-Paşinyan görüşü hazırlanır

Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Qarabağ münaqişəsinə dair növbəti yüksək səviyyəli danışıqların ABŞ-da baş tutacağına eyham vurub.

Buta.media-nın məlumatına görə, Virtualaz.org xəbər verir ki, Mnatsakanyan Brüsseldə jurnalistlərlə söhbətində bu haqda danışıb.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan liderlərinin yeni görüşü Vaşinqtonda baş tutacaq, amma indidən ev sahibi tərəfi qabaqlayaraq nəsə demək düzün olmazdı.

Mnatsakanyan “bir az da gözləməyə” çağırıb, deyib ki, tərəflər görüşlərin yeni raundunun təşkil edilməsi üçün müəyyən konkretləşməni gözləyirlər. O, qəbul edən tərəfin bu görüşün nə zaman baş tutacağı və hansı formada təşkil ediləcəyi haqda özü açıqlama verməli olduğunu deyib. Bundan sonra münaqişə tərəfləri də müzakirə edib vaxtı dəqiqləşdirə, öz razılığını verə bilərlər.

Xatırladaq ki, bundan əvvəl yayılan xəbərlərə görə Vaşinqtonda əvvəlcə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ