Ağdam-Xankəndi yolundan istifadəyə razılıq verildi
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maşınları ilə Laçın və Ağdam-Xankəndi yolu vasitəsilə eyni vaxtda ərzaq daşınması mümkün olacaq.
"Sputnik Armenia" xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.
Bildirilib ki, BQXK-nin Xankəndi ofisi və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı arasında humanitar yüklərin Ağdam - Xankəndi yolu vasitəsilə çatdırılması razılaşdırılıb.
Xatırladaq ki, hər iki marşrutdan istifadə ilə bağlı sentyabrın 1-də razılıq əldə edilsə də, Qarabağdakı separatçı rejim bu prosesi qəsdən uzadırdı.