“Sülh müqaviləsinin bu ilin sonuna kimi bağlanacağına ümid edirik”

“Biz hələ də sülh müqaviləsinin bu ilin sonuna kimi bağlanacağına ümid edirik”.

Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiyanın TASS agentliyinə müsahibəsində deyib.

“Biz Ermənistanın siyasi rəhbərliyini əsas addımı atmağa çağırırıq - sülh müqaviləsinə imza ataraq, Azərbaycanın ərazi bütövlüyünü, ölkəmizin Qarabağ iqtisadi rayonu da daxil olmaqla, rəsmi şəkildə tanısın, gələcəkdə Azərbaycanın daxili işlərinə qarışmaqdan çəkinmək barədə üzərinə öhdəlik götürsün”, - deyə o qeyd edib.

H. Hacıyevin sözlərinə görə, Qarabağda yaşayan erməniəsilli Azərbaycan vətəndaşları ilə qarşılıqlı təmas daxili məsələdir: “Həmin əhali qrupunun hüquq və təhlükəsizliyinin təmin edilməsi bəhanəsi altında, Ermənistanın beynəlxalq platformalara çıxarmaq cəhdləri də ölkəmizin daxili işlərinə qarışmaqdır. Onlar bizim vətəndaşlarımızdır və onların hüquqlarını, təhlükəsizliyini Azərbaycan Respublikasının Konstitusiyası təmin edəcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ