Azərbaycan və Ermənistandan olan ekspertlər Tbilisidə görüşdü

Sentyabrın 15-i Tbilisidə Azərbaycan və Ermənistandan olan ekspert heyətləri arasında görüş keçirilib.

Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən bildirilib.

Qeyd edilib ki, heyətlərə Azərbaycan tərəfdən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Ermənistan tərəfdən Qafqaz Araşdırmaları İnstitutunun direktoru Aleksandr İskəndəryan rəhbərlik edib.

Tərəflər iki ölkə arasındakı məsələləri müzakirə ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ