“İnciyibsə, getsin su içsin...” - Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev Xalq artisti, kinorejissor Əbdül Mahmudbəyovun  (Şeyx Əbdül) Baku TV-də yayımlanan “Qapqara” verilişində onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

R.Balayev Pravda.az-a açıqlamasında Ə.Mahmudbəyovun ondan inciməsi, küsülü olmaları barədə dediklərinə belə reaksiya verib: “İnciyib? Getsin su içsin...” 

R.Balayev Ə.Mahmudbəyovun onun kinoya gəlişində xüsusi rol oynaması barədə dediklərinə isə - “heç nə demək istəmirəm”, - deyə cavab verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ