QHT-lərə maksimum bu qədər qrant ayrılacaq

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən QHT-lərin qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin hər bir mövzusu üzrə qrant məbləğinin yuxarı həddi müəyyənləşib.

Buunla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Kiçik qrant müsabiqəsi” çərçivəsində hər bir mövzu üzrə 15 000, “Orta qrant müsabiqəsi” çərçivəsində hər bir mövzu üzrə 30 000, “Böyük qrant müsabiqəsi” çərçivəsində hər bir mövzu üzrə 50 000, “Səfər qrantı müsabiqəsi” üzrə isə 10 000 manat ayrılacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ