BDU-nun qarşısında maraqlı hadisə: Ata tələbə qızına maşın hədiyyə etdi - foto

Tədris ilinin ilk günü ata universitet həyatına başlayan qızına maşın hədiyyə edib.

Bakı Dövlət Universitetinin qarşısında maraqlı hadisə yaşanıb. Belə ki, universitetin qarşısına şarlarla bəzədilmiş maşın gətirilib. Maşının nömrə hissənə “tələbə qızım” sözləri yazılıb.

Məlumata görə, hədiyyəni bir ata qızı üçün hazırlayıb və universitetin qarşısına gətirib. Hadisə həm yoldan keçənlərin, həm də universitet tələbələrinin marağına səbəb olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ