İran İslam Respublikasının baş prokuroru Mohammad Kazem Movahedi ölkəmizdə işgüzar səfərdədir.
“Qafqazinfo” xəbər verir ki, səfər zamanı Mohammad Kazem Movahedi azərbaycanlı həmkarı Kamran Əliyevlə görüşüb.
Baş prokuror Kamran Əliyev Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı törətmiş şəxsin mühakimə edilməsi ilə bağlı İran prokurorluq orqanlarının açıqlamasını bu istiqamətdə mühüm addım kimi qiymətləndirib. Bundan başqa hazırda İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərlinin barəsindəki cinayət işi müzakirə olunub.