Yol qəzasında həlak olan hərbçi ilə vida mərasimi keçirilir - foto

Çətin relyefli dağlıq ərazidə avtoqəzada həlak olan hərbçi Əliyev Taleh Saleh oğlunun nəşi doğulduğu Zərdab rayonunun Gödəkqobu kəndinə gətirilib.

“Report” xəbər verir ki, hazırda onunla vida mərasimi keçirilir.

Mərasimdə Zərdab Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanı əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər. Vida mərasimindən sonra onun Gödəkqobu kənd qəbiristanlığında dəfn olunacağı nəzərdə tutulur.

Qeyd edək ki, mərhum Taleh Əliyev 10 ilə yaxın idi ki, müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi Azərbaycan Ordusunda xidmət edirdi. Evli idi, iki qız övladı var.

Xatırladaq ki, sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ