Əliyev və Paşinyan oktyabrda görüşə bilərlər

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrda Qranadada görüş keçirə bilərlər.

Bunu Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan deyib.

“Həmişə görüşlər və danışıqlarla bağlı təkliflər olur. Belə ilkin razılaşmalar da var. Brüsseldə baş nazirin iştirakı ilə keçirilən görüşdən sonra onlar oktyabrda Qranadada liderlərin iştirakı ilə daha bir görüşün planlaşdırıldığını bildiriblər”.

Mirzoyan onu da əlavə edib ki, Ermənistan tərəfi Bakıdan sülh sazişinin bağlanması ilə bağlı təkliflərinə cavablar alıb, lakin mühüm məsələlərdə tərəflərin mövqeləri hələ də bir-birindən uzaqdır.

“Biz bundan əvvəl Azərbaycan tərəfinə sülh müqaviləsinin mətninə düzəlişlərin beşinci paketini verdik və elə dünən Bakıdan yeni təkliflər aldıq. Təəssüf ki, hələ də tərəflərin mövqelərinin bir-birindən uzaq olduğu mühüm məsələlər var”, - deyə o, aydınlıq gətirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ