Bakıdak təhlükəli vəziyyət yaranıb - Video

Bakı şəhəri və ətraf ərazilərdə mövcud olan sürüşmə sahələrində aktivləşmə müşahidə edilir.

Bu barədə AzTV-nin yayımladığı sujetdə bildirilib. Qeyd edilib ki, Bibiheybət yolunda dörd ildən sonra yenidən təhlükəli vəziyyət yaranıb.

Bildirilib ki, çatlar bütün yol və səkiboyu davam edir. Hətta yuxarı hissədə yerləşən məzarlıq da qismən çöküb. Tamamilə çökməsinə isə az qalıb.

Vurğulanıb ki, binalar, fərdi yaşayış evləri və minlərlə insanın yaşadığı bu ərazilər sürüşmə zonaları üçün aktiv yerlərdir.

Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılov bildirib ki, artıq sürüşmələrin fəallaşma vaxtıdır və ehtyatlı olmaq lazımdır.

Qeyd edək ki, vaxtaşırı olaraq Bakının müxtəlif ərazilərində sürüşmə və çökmə hadisələri baş verir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ