“Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb” - video

“Biz nə deyə bilərik? Burada deməyə də bir şey yoxdur. Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. Ermənistan özü Qarabağın statusunu müəyyən edib”.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında bildirib.

“İndi mənə Prezident İlham Əliyev deyir: “Siz axı bilirsiniz, Ermənistan Qarabağın bizim olduğunu tanıyıb, Qarabağın statusu haqda məsələ daha yoxdur, o həll olunub”. Və Ermənistan rəhbərliyi bu barədə publik şəkildə bəyan edib, 1991-ci il Azərbaycan SSR-in sərhədləri daxilində bütün əraziləri və rəqəmi açıqlayıb ki, bura Qarabağın ərazisi də daxildir. Bu baş tutub, bu axı bizim deyil, bu, bugünkü Ermənistan rəhbərliyinin qərarıdır”, - deyə Putin əlavə edib. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ