Separatçılar Qarabağı tərk edirlər - FOTO

Ermənistanın hələ 2020-ci ildəki müharibədən əvvəl Qarabağa göndərdiyi qeyri-qanuni hərbi birləşmələrinin üzvləri hazırda tələbə adı ilə kütləvi şəkildə Xankəndini tərk edir.

Bu barədə “haqqin.az” yazıb.

Məlumata görə, səhər saatlarından etibarən Laçın sərhəd-buraxılış məntəqəsində bir qrup erməni şəxs azərbaycanlı sərhədçilərin diqqətini cəlb edib.

Sözügedən şəxslər tələbə olduqlarını və təhsil üçün İrəvan Dövlət Universitetinə yollandıqlarını bildiriblər.

“Belə görünür ki, İrəvan hələ 2020-ci ildəki müharibədən əvvəl Qaarabağa göndərilən döyüşçülərini oradan çıxarmaq qərarına gəlib. İlkin məlumata görə, Paşinyan hökuməti ilk növbədə Ermənistan liderinin yerlilərini, yəni Dilican rayonundan olanları xilas etmək barədə tapşırıq verib. Məlumatı Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları da təsdiq edir”, - məlumatda qeyd olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ