Prezervativ, spitli içki, dərman - Elinanın məktəbindəki vəziyyət

Elinanın ölümündən sonra onun oxuduğu məktəbdə xoşagəlməz hal baş verib.Belə ki, məktəbə prezervativ və spitli içki keçiriblər.

Buta.media-nın məlumatına görə, bunu Bakı 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, Elina Hacıyevanın anasının rəfigəsi Leyla Şirinova Media.Az-a deyib.

Onun sözlərinə görə, insident gizlədilib:

"Məktəb mühafizəçisi keçmiş direktor Sevin Abbasovanın qohumudur. O, başqa şəxsləri sərbəst məktəbə buraxır. Hərçənd bunu etmək olmaz. Elinanı döyəndə heç kim reaksiya vermirdi". 

L. Şirinova qeyd edib ki, Elinanı şantaj edən şəxslər indi onun qızına keçiblər: 

"10-11ci sinif şagirdləri cinayətkar kimi görsənirlər. Saqqal saxlayırlar. Məktəbin həyətində içki içirlər. Qadağan olunmuş dərman satırlar. Bir sözlə özbaşnalıq baş alıb gedir".

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ