Avtobus sürərkən canlı yayım açan sürücü işdən çıxarıldı - video

Sosial şəbəkələrdə sərnişin avtobusu sürücüsünün nəqliyyat vasitəsini idarə etdiyi zaman TikTok platformasında canlı yayım açmasına dair görüntülər yayılıb.

Məsələ isə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, görüntülər dərhal araşdırılıb:

“Sərnişinlərin həyatını təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verən sürücü daşıyıcı tərəfindən işdən azad edilib".

AYNA analoji halın təkrarlanmaması üçün müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bütün daşıyıcılara xəbərdarlıq edib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ