"Özünüzü aldadırsız" - Məmmədyarov erməni jurnalistləri yenə susdurdu - VİDEO

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov erməni jurnalistlərini yenə də susdurub.

Buta.media-nın məlumatına görə, hadisə nazirin Şərq Tərəfdaşlığı Xarici işlər nazirlərinin görüşündən sonra baş verib.

Hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.

Videoda juranlistlər E.Məmmədyarova Qarabağ münaqişəsi ilə bağlı suallar verirlər. Xanım jurnalistlərdən biri Qarabağın Azərbaycana aid olmadığına dair suallar verməyə başlayır.

E.Məmmədyarov isə sakit şəkildə və gülərək onun suallarını cavablandırır.

Daha sonra həmin jurnalist yenə sual vermək istədikdə Azərbaycan XİN rəhbəri üzünü digər jurnalistə çevirərək Qarabağ məsələsi ilə bağlı suala şərh verib: “Başa düşmək lazımdır ki, biz belə yaşamağa davam edə bilmərik. Bax indi siz özünüzü aldatmaqla yanaşı, erməni xalqını da aldatmağa çalışırsınız. Sizdən soruşuram: “Erməni xalqı Azərbaycanla davam edən bu 30 illik müharibədən nə əldə edib?””.

Nazir jurnalistlərə öz konstitusiyasını yenidən oxumağa məsləhət görüb:

"Siz özünüz özünüzü aldadırsız".

Həmin görüntüləri təqdim edirik:

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ