Bakının mərkəzini sahibsiz itləri basıb – FOTO

Bakı şəhərini sahibsiz küçə itləri basıb.

 
Buta.media xəbər verir ki, bu gün səhər saatlarında isə küçə itləri “İçərişəhər” metrostansiyasının qarşısında, Bakı meriyasının yanında məskən salıb.
 
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib ki, hazırda sahibsiz itlərlə bağlı təşkilat fəaliyyət göstərir.
 
“Hazırda sahibsiz itlərin yığılması üçün Balaxanıda yer ayrılıb. Onlarla bağlı qurum var. Hələ tam fəaliyyət göstərmirlər. Bundan başqa, küçə itlərini vurmaq qadağan olub deyə, şəhəri küçə itləri basıb. Biz bu barədə məlumat verəcəyik. Bir tədbir görüləcək”, - deyə İsrafil Kərimov bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ