Britaniya Azərbaycanı qorxutmaqda davam edir

"Arsenal" və "Çelsi" Avropa Liqasının finalına çıxandan sonra, İngiltərə mətbuatı Azərbaycanı qaralamaq üçün hər fürsətdən istifadə edir. S 

Buta.media-nın məlumatına görə, “The Guardian” iddia edir ki, Avropa Liqası finalına görə Londondan Bakıya uçuşların sayının artması... ətraf mühitə pis təsir edəcək.

"Ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən fəalların fikrincə, oyunun Azərbaycanda keçirilməsi ilə əlaqədar Londondan Bakıya uçacaq çoxsaylı təyyarələrdən atmosferə min ton karbon dioksid atılacaq", - deyə Britaniya KİV-i yazır.

"Avropa Liqasının və Çempionların Liqasının Bakıda və Madridə keçiriləcək finallarına 45 min pərəstişkarın səfər etməsi  atmosferə 35490 ton karbon qazı atılmasına gətirib çıxaracaq. “Arsenal” və “Çelsi”nin Londonda oynamaları daha yaxşı olardı. UEFA bu problemə diqqət yetirməlidir", - deyə "The Guardian" Yaşıllar Partiyasının liderlərindən biri olan Jonathan Bartley-dən sitat gətirir.

Çünki dünyada hər gün on minlərlə uçuşlar həyata keçirilir, ancaq Britaniya nəşrinə görə, yalnız məhz Bakıdakı bir oyun ətraf mühitə "zərər" vuracaq. 

Virtualaz.org

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ