Məktəblərdə telefondan istifadə qadağan oluna bilər

Şagirdlərin məktəbə telefon gətirməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə danışıb.

Onun sözlərinə görə, ötən ildən şagird davranış qaydaları müəyyən edilib və pilot layihə kimi bir neçə məktəbdə tətbiq olunur: “Məktəbə telefon gətirmək qadağan deyil. Lakin bu, daxil qaydalarla tənzimlənə bilər. Şagirdin dərsin ortasında telefon çıxarması yolverilməzdir. Hazırda biz bu məsələnin üzərində işləyirik”.

Nazir, həmçinin bildirib ki, bir çox hallarda bu, valideynlərlə əlaqə üçün lazım olur. Ona görə valideynləri də başa düşmək lazımdır: “Gələcəkdə qadağa mümkündür, amma hazırda qadağan deyil. Lakin dərs zamanı telefonla oynamaq olmaz”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ