İki uşaq atası balığa görə boğuldu

Ötən gün Ağdaşda 28 yaşlı Daşqın Bəxtiyarov Şirvan su kanalında batıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Daşqının balıq tutuduğu an baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, onun suda batmasına tutduğu balıq səbəb olub. Belə ki, o, tutduğu balığı əlindən buraxıb və onu saxlamağa çalışdığı an suya yıxılıb. Nəticədə suda boğularaq ölüb.

Məlumata görə, Goranboy rayon sakini 2 uşaq atası imiş.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ