Paşinyan: İlham Əliyevlə qısa danışığımız oldu

Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib  ki, Brüsseldə Şərq tərəfdaşlığının yubiley tədbirləri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə qısa söhbət edib, ancaq hələlik növbəti görüşlər üçün konkret planlar yoxdur.

Buta.media bildirir ki, xəbəri RİA Novosti yayıb.

"Hələlik heç bir plan yoxdur, amma əminəm ki, danışıqlar prosesi davam edəcək", - deyə o, jurnalistlərin “İlham Əliyevlə yenə görüş olacaqmı” sualını cavablandırarkən vurğulayıb.

O bildirib ki, Azərbaycan Prezidenti ilə qısa təmasda olub və "cari vəziyyəti" müzakirə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ